DÇ-2022: Türkiyədən vacib qələbə, Almaniya dünya çempionatına vəsiqə qazandı

02:02 12 Oktyabr 2021

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində 8-ci tura start verilib.

Sportarena.az xəbər verir ki, ilk oyun günündə 4 qrupda 11 oyun keçirilib.

 

G qrupunda Türkiyə millisi Latviyanın qonağı olub və 2:1 hesablı qələbə qazanıb.. "Ay-ulduzlular" qrup lideri kimi mundiala birbaşa vəsiqə şanslarını qorumaq üçün mütləq qalib gəlməli idi.

Bu qrupun digər matçlarında lider Niderland autsayder Cəbəllütariqi 6:0, Norveç isə Monteneqronu 2:0 hesabı ilə məğlub edib. 

H qrupunda Xorvatiya Slovakiyanı, Sloveniya Rusiyanı, Kipr isə Maltanı sınağa çəkib. 

J qrupunda Rumıniya Ermənistanı, Şimali Makedoniya Almaniyanı, İslandiya Lixtenşteyni qəbul edib. Lider Almaniya səfərdə Şimali Makedoniyaya 4 cavabsız qolla qalib gələrək vaxtından əvvəl dünya çempionatına vəsiqəni təmin edib.
 

11 oktyabr

DÇ-2022, seçmə mərhələ
8-ci tur

E qrupu

22:45. Belarus - Çexiya - 0:2

Qollar: Patrik Şik, 22, Adam Qlojek, 65

22:45. Estoniya - Uels - 0:1

Qol: Mur, 12

G qrupu

22:45. Latviya - Türkiyə - 1:2

Qollar: Merih Demiral, 70-avtoqol - Serdar Dursun, 76, Burak Yılmaz, 90+9-penalti

22:45. Niderland - Cəbəllütariq - 6:0

Qollar: Vircil van Deyk, 9, Memfis Depay, 21; 45+3-penalti, Denzel Dumfris, 48, Arno Dancuma, 75, Doniel Malen, 86

22:45. Norveç - Monteneqro - 2:0

Qollar: Məhəmməd Elyunussi, 29; 90+6

H qrupu

20:00. Kipr - Malta - 2:2

Qollar: Fotis Papulis, 7, Pieros Sotiriu, 80 - Zak Muskat, 53, Yurgen Deqabriele, 90+8

22:45. Sloveniya - Rusiya - 1:2

Qollar: Yosip İliçiç, 40 - İqor Diveyev, 28, Georgi Cikiya, 32

22:45. Xorvatiya - Slovakiya - 2:2

Qollar: Andrey Kramariç, 25, Luka Modriç, 71 - İvan Şrants, 20, Lukaş Qaraslin, 45

J qrupu

22:45. Şimali Makedoniya - Almaniya - 0:4

Qollar: Kay Haverts, 50, Timo Verner, 70; 73, Camal Musiala, 86

22:45. Rumıniya - Ermənistan - 1:0

Qol: Mitritse, 26

22:45. İslandiya - Lixtenşteyn - 4:0

Qollar: Stefan-Teytür Tordarson, 19, Albert Qvüdmündsson, 35-penalti, 79 -penalti, Andri Qudyonsen, 89


Xəbər xətti