Azərbaycanın veteran futbolçusu "Kəpəz"də

12:24 12 Oktyabr 2021

Tanınmış futbol veteranı Rövşən Əhmədov "Kəpəz"də çalışacaq. 

Sportarena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, aşağı yaş qrupları üzrə seleksiyaçı məşqçi təyin olunub.

 

Rövşən Əhmədov futbolçu kimi "Kəpəz" ilə Azərbaycan çempionu, ölkə kubokunun qalibi adını qazanıb. O, "sarı-göylər"in heyətində çempionatın bombardiri də olub.


Digər xəbərlər

Xəbər xətti