21-ci əsrdə ən çox het-trik edən futbolçular müəyyənləşib

11:33 14 Oktyabr 2021

Kriştiano Ronaldo DÇ-2022-nin seçmə mərhələsində Portuqaliyanın Lüksemburqu 5:0 hesabıyla məğlub etdiyi oyunda het-trik edib. 

 

Sportarena.az xəbər verir ki, bu göstərici ilə 36 yaşlı hücumçu 21-ci əsrdə ən çox het-trik edən futbolçudu. Ronaldo 58 dəfə meydanı 3 qolla tərk edib.

 

Ronaldodan sonra bu göstəricidə ikinci yerin sahibi Lionel Messidir. Argentinalı hücumçu 55 dəfə het-trik edib.

 

21-ci əsrdə ən çox het-trik edən futbolçular:

 

Kristiano Ronaldo – 58 het-trik
Lionel Messi – 55
Luis Suares – 29
Robert Levandovski – 26
Neymar – 20
Mario Qomes – 18
Klas-Yan Huntelaar – 18
Serxio Aquero – 18
Zlatan İbrahimoviç – 17
Harri Keyn – 15


Xəbər xətti