Mahir Emreli növbəti turda "Lex"ə qarşı oynaya biləcək?

11:49 14 Oktyabr 2021

Polşanın “Legiya” klubu Azərbaycan millisinin hücumçusu Mahir Emreli ilə bağlı məlumat yayıb. 


Sportarena.az xəbər verir ki, Varşava təmsilçisi 24 yaşlı hücumçunun 3-cü koronavirus testinin nəticəsinin də mənfi çıxdığı xatırladıb. Millimizin üzvünün tezliklə komanda ilə məşqlərə qoşulacağı və onun Polşa çempionatının növbəti turunda “Lex”ə qarşı oynaya biləcəyi vurğulanıb.
 

Mahir Emrelinin millimizin DÇ-2022-nin Serbiya ilə dünənki seçmə mərhələ oyunundan (1:3) əvvəl ilk testi müsbət çıxıb və UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq həmin qarşılaşmanı buraxıb. Ancaq sonra onun ikinci testi mənfi çıxıb.

 

 "Legiya"nın "Lex"lə oyunu isə oktyabrın 17-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti