"Real" və "Atletiko"nun oyunları təxirə salındı

Sportarena.az      14 Oktyabr 2021 , 12:10

İspaniya Ali İdman Şurası La Liqanın 9-cu turunun bir sıra oyunlarını təxirə salmaq qərarına gəlib .

Sportarena.az xəbər verir ki, oktyabrın 17-də keçirilməli olan "Real" - "Atletik" və "Qranada" - "Atletiko" matçları təyin olunan gündə reallaşmayacaq.

 

Oktyabrın 15-də Cənubi Amerikası zonası üzrə DÇ-2022-nin seçmə mərhələsinin görüşləri səbəbindən bu qərar verilib. Sözügedən komandaların futbolçularının La Liqa oyunlarına tam hazırlaşmağa vaxtları olmayacaq.

Qarşılaşmaların yeni tarixləri daha sonra açıqlanacaq.

Xatırladaq ki, 8 turdan sonra "Real" La Liqanın turnir cədvəlində 17 xalla 1-ci pillədə qərarlaşıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin