Millimizin hücumçusu Mahir Emreli "Legiya"da məşqlərə qatılıb.
Sportarena.az xəbər verir ki, bu barədə 24 yaşlı hücumçu özünün "Tvitter" hesabında yazıb.
Trenajor zalından məşq şəklini paylaşan Mahir bu sözləri yazıb: “Kimsə mənə istirahət gününün nə demək olduğunu izah edə bilər?”
Qeyde edək ki, ilk koronavirus testi müsbət çıxan M.Emreli DÇ-2022-nin seçmə mərhələsində Serbiya ilə oyunu buraxıb. Ancaq onun sonrakı iki testi mənfi çıxıb. Bu səbəbdən karantinə ehtiyac qalmayıb. Emreli Polşa çempionatının növbəti turunda keçiriləcək “Lex”lə görüşdə iştirak edə biləcək.