Ueyn Runi haqda film çəkilir

13:55 14 Oktyabr 2021

“Mançester Yunayted” və İngiltərə millisinin sabiq futbolçusu Ueyn Runi haqda sənədli film çəkilir.

Sportarena.az xəbər verir ki, bu barədə keçmiş hücumçu Britaniya mətbuatına açıqlamasında özü məlumat yayıb. O, filmin 2022-ci ilin əvvəlində nümayiş olunacağını bildirib.

 

Qeyd edək ki, Runi hazırda İngiltərənin “Derbi Kaunti” klubunun baş məşqçisidir. O, futbolçu karyerası ərzində 2004-2017-ci illərdə “Mançester Yunayted”də çıxış edib. Runi İngiltərə yığmasında 120 oyunda 53 qol vurub.


Digər xəbərlər

Xəbər xətti