"Qarabağ"ın rəqibində gərginlik: Futbolçular baş məşqçidən narazıdı

14:22 14 Oktyabr 2021

Avropa Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Kayrat"ın futbolçuları baş məşqçi Kurban Berdıyevdən narazıdır.

 

Sportarena.az xəbər verir ki, bu barədə Rusiyanın championat.com saytı məlumat yayıb. Berdıyev komandaya öz müdafiə üslubunu aşılayır və beş müdafiəçi ilə oynayır. Bu, azarkeşləri hiddətləndirir. Fanatlar keçmiş baş məşqçi Aleksey Şpilevskinin geri qaytarılmasını tələb edirlər. Belaruslu mütəxəssislə nəticələr yaxşı olmasa da, o, hücum futbolu oynadırdı.

 

Lakin 69 yaşlı mütəxəssisin işindən yalnız azarkeşlər narazı deyil. Oyunçular Berdıyevdən daha çox şey gözləyirlər. Onlar baş məşqçinin müdafiə futbolu oynatmasını qəbul edə bilmirlər. Futbolçular hətta autsayderlərlə görüşlərdə də belə oyun üslubunun seçilməsindən narazı qalıblar.

 

"Kayrat" hazırda ölkə çempionatında 44 xalla 3-cü pillədə qərarlaşıb. "Sarı qaralar" lider "Astana"dan 9 xal geridədir.

 

Xatırladaq ki, "Qarabağ" Konfrans Liqasının qrup mərhələsində oktyabrın 21-i "Kayrat"ı qəbul edəcək.


Digər xəbərlər

Xəbər xətti