"Qarabağ"ın rəqibi məşhur hücumçu ilə yolları ayırır

18:09 14 Oktyabr 2021

Avropa Konfrans Liqasının H qrupunda "Qarabağ"ın rəqiblərindən olan "Kayrat" Vaqner Lavla mövsümün sonunda yollarını ayıracaq.

 

Sportarena.az xəbər verir ki, 37 yaşlı hücumçu Almatı təmsilçisinin məşqçilər heyətinin planlarına daxil deyil. Baş məşqçi Kurban Berdıyev braziliyalı futbolçuya yalnız bir oyunda 90 dəqiqə şans verib.

 

Lav "Kayrat"a 2020-ci ilin yayında "Korintians"dan transfer olunub. Təcrübəli forvard Qazaxıstan klubunun heyətində 49 oyuna çıxıb və 22 qol, 20 asistlə yadda qalıb.

 

“Kayrat” UEFA Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda Bakıda “Qarabağ”ın qonağı olacaq. Oyun oktyabrın 21-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti