FİFA Türkiyə klubuna transfer cəzası tətbiq edib

00:45 15 Oktyabr 2021

FIFA Türkiyənin "Hatayspor" klubuna transfer qadağası tətbiq edib.


Sportarena.az xəbər verir ki, buna klubun keçmiş futbolçusu David Akintolaya 100 000 avro borcunu ödəməməsi səbəb olub.

 

Super Liqa təmsilçisinin cəzası nigeriyalı vingerə ödəniş baş tutduqdan sonra aradan qaldırılacaq.


Akintola 2020/2021 mövsümündə "Hatayspor"da çıxış edib. O, iyulda "Adana Demirspor"la müqavilə imzalayıb.


Digər xəbərlər

Xəbər xətti