"Liverpul"da sentyabr ayının ən yaxşı futbolçusu adına aydınlıq gəlib.
Sportarena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ötən ayın ən yaxşısı Məhəmməd Salah olub. 29 yaşlı hücumçu sentyabr ayında 5 matçda 6 qol vurub.
Qeyd edək ki, Salah 2017-ci ildən "Liverpul"da oynayır.