PSJ-nin qapıçısı sıradan çıxdı

02:00 15 Oktyabr 2021

Fransanın PSJ komandasının qapıçısı Keylor Navas zədələnib. Sportarena.az xəbər verir ki, bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb.
 
Təcrübəli qolkiper Kosta-Rika milli komandasının düşərgəsində zədələnib.
 
Qapıçı Parisə qayıtdıqdan sonra tibbi müayinədən keçəcək. Onun dəqiq nə vaxt sıraya dönəcəyi bilinmir.


Xəbər xətti