AFFA-nın loqosu türk serialına necə düşüb? – 100 min dollar iddiası

Sportarena.az      15 Oktyabr 2021 , 15:29

Türkiyənin TRT1 kanalında yayınlanan "Teşkilat" serialında AFFA-nın loqosundan istifadə olunub.

Qardaş ölkə kanallarında kommersiya tipli reklamlarımıza ara-sıra rast gəlsək də, AFFA-nın bu əməkdaşlıqda marağı nədir? Geyim və loqonun istifadəsinə icazə hansı marağa xidmət edir və assosiasiya bundan nə qədər qazanc əldə edir?

 

Sportarena.az fanat.az-a istinadən xəbər verir ki, AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla məsələ ilə bağlı deyib: "Bununla bağlı TRT-yə müraciət etmişik. Cavab gəlsin, görək nə deyirlər? Bu məsələdə bizim rolumuz yoxdur. Sözün hər iki mənasında...Diqqət yetirsəniz, forma onsuz da bizim forma deyil. Loqodan isə xəbərsiz istifadə olunub".

Sayt iddia edib ki, serialda istifadə olunan forma və loqoya görə Türkiyə kanalı ilə 100 min dollarlıq anlaşma olub və bu, SOCAR-ın xətti ilə baş verib. Ancaq Firuz Abdulla bu məqamı da mümkünsüz hesab edir: "Hüquqi baxımdan bu necə ola bilər?! TRT-dən cavab aldıqdan sonra məsələyə aydınlıq gələcək". 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin