Rüfət Dadaşov qol vurdu, komandası darmadağınla uduzdu

11:51 16 Oktyabr 2021

Almaniyanın Qərb Regional Liqasında 12-ci turun oyunları keçirilib.

Sportarena.az xəbər verir ki, azərbaycanlı üzvü Rüfət Dadaşovun da çıxış etdiyi “Şalke”nin ikinci komandası səfərdə Düsseldorf “Fortuna”sının ikinci komandası ilə qarşılaşıb. "Şalke-2" bu oyunda darmadağınla məğlub olub– 1:5.

 

Rüfət də bu oyunun iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. “Şalke”nin yeganə qolunu da Dadaşov vurub. Millimizin hücumçusu 59-cu dəqiqədə penalti zərbəsindən dəqiq yararlanıb.

Qeyd edək ki, “Şalke 2” turnir cədvəlində 13-cü pillədə qərarlaşır.


Digər xəbərlər

Xəbər xətti