Mahir Emrelinin komandası növbəti oyununa çıxır

11:20 17 Oktyabr 2021

Milli komandamızın hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" bu gün Polşa çempionatında növbəti oyununa çıxacaq.

Sportarena.az xəbər verir ki, Varşava təmsilçisi 11-ci turda çempionluğa iddiaçılardan olan "Lex"i (Poznan) qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

 

Qeyd edək ki, "Legiya" 9 xalla 15-ci pillədə qərarlaşıb. Paytaxt təmsilçisinin ehtiyatda daha iki oyunu var. "Lex" isə 21 xalla 2-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti