İtaliya çempionatı: “İnter” “Latsio”ya uduzdu, “Milan” əzmkar qələbəyə sevindi

11:50 17 Oktyabr 2021

Futbol üzrə İtaliya A Seriyasında 8-ci tura start verilib. Sportarena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.
 
Tura “Spetsiya” – “Salernitana” matçıyla start verilib. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
 
Son çempion “İnter” bu turdə səfərdə “Latsio”nun qonağı olub. Qarşılaşma meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb. Turnir cədvəlinin 2-ci pilləsində yer alan “Milan”ın rəqibi isə “Verona” olub. Meydan sahibləri bu görüşdən əzmkar qələbə ilə ayrılıblar.
 
İtaliya A Seriyası
8-ci tur
16 oktyabr
 
Spetsiya – Salernitana 2:1
Qol: Ştreleç, 51. Kovalenko, 76 – Simi, 39.
 
Latsio – İnter 3:1
Qol: İmmobile, 64-pen. Anderson, 81. Milinkoviç-Saviç, 90+1 – Perişiç, 12-pen.
 
Milan – Verona 3:2
Qol: Jiru, 59. Kessye, 76-pen. K.Günter, 78-öz qapısına – Kaprari, 7. Barak, 24.


Digər xəbərlər

Xəbər xətti