İngiltərə Premyer Liqasının 8-ci turunda "Uotford"la keçirilən görüş “Liverpul”un hücumçusu Roberto Firmino üçün əlamətdar olub.
Sportarena.az xəbər verir ki, 30 yaşlı futbolçu 5:0 hesabı ilə qalib gəldikləri matçda het-trik edib.
Braziliya millisinin üzvü bununla Premyer Liqa karyerasında ikinci dəfə het-trik müəllifi olub. Firmino ilk dəfə 2018-ci il “Arsenal”la görüşdə 3 qol vurmuşdu. Bununla o, İngiltərə çempionatında birdən çox het-trikə imza atan ilk braziliyalı kimi tarixə düşüb.