Türkiyənin "Bursaspor" klubu Azərbaycanı təbrik etdi - FOTO

13:25 18 Oktyabr 2021

Türkiyənin "Bursaspor" klubu Müstəqilliyin Bərpası Günü ilə əlaqədar Azərbaycanı təbrik edib.

 

Sportarena.az xəbər verir ki, bu barədə I Liqa təmsilçisi rəsmi "Tvitter" hesabında paylaşım edib. Paylaşımda bildirilir:

 

"Can Azərbaycanın Müstəqillik Günü mübarəkdir. İki dövlət, tək millət!".

 

Qeyd edək ki, millimizin futbolçusu Namiq Ələsgərov "Bursaspor"da çıxış edir.



Digər xəbərlər

Xəbər xətti