“Millimizi ya Rəşad Sadıqov, ya da Samir Abasov çalışdırmalıdır” - AÇIQLAMA

Sportarena.az      18 Oktyabr 2021 , 13:40

“Sözsüz ki, biz bu qrupda daha çox xal qazana bilərdik. Hansısa oyunda əzmkarlığımız çatmadı, hansısa görüşdə taktiki cəhətdən səhv oynadıq”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri Qol.az-a açıqlamasında futbol mütəxəssisi Aslan Kərimov deyib.

 

Millimizin sabiq kapitanı DÇ-2022-nin seçmə mərhələsində yığmamızın zəif çıxışı haqda danışıb. O qeyd edib ki, əslində biz indiyədək bu qrupda bir yox, daha çox xal qazanmalı idik: “Lüksemburq və İrlandiya ilə oyunlarda qalib gələ, Serbiya ilə evdəki oyunumuzda yaxşı nəticə qazana bilərdik. Bunun da silsilə səbəbləri var. Biz hər şeyi düz etməliyik ki, ondan sonra düşünək ki, bəlkə bu məşqçi olmasaydı, yaxşı oynayardıq, bu sistem olmasa, başqa cür olardı. İndiki halda isə məşqçilərimiz də dəyişsə, futbolçular da başqası olsa, yüz faiz deyə bilmərik ki, bu qrupda uğurlu olacağıq”. 

 

A.Kərimov bildirib ki, millimizin baş məşqçisi Canni De Byazinin gələn ay başa çatan müqaviləsi yenilənməməlidir: “Mən hər zaman yerli mütəxəssislərin tərəfdarıyam. Düşünürəm ki, bundan sonra da hər hansı yerli mütəxəssis millimizdə işləsə, daha effektli ola bilər. Futbolçuların mentalitetini bilmək çox vacibdir. Bu, bizə daha çox fayda verər. Ancaq rəhbərlik De Byazi ilə hansı şərtlər altında müqavilə bağlayıb, qarşıya hansı məqsədləri qoymuşdular, bunu bilmirəm. Subyektiv fikrim odur ki, De Byazinin müqaviləsi bitəndən sonra getməsi məsləhətdir. Əvəzinə isə yerli mütəxəssislərimizdən birinin işləməsini istərdim. Mənim iki namizədim var. Onların biri Rəşad Sadıqov, digəri Samir Abasovdur. Düşünürəm ki, onlardan biri millidə işləsə, De Byazidən daha effektli olar”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin