UEFA-dan "Qarabağ"la bağlı növbəti paylaşım - FOTO

Sportarena.az      18 Oktyabr 2021 , 19:55

UEFA Konfrans Liqasının rəsmi "Tvitter" səhifəsi "Qarabağ"la bağlı növbəti paylaşım edib.

Sportarena.az xəbər verir ki, Ağdam klubunun Azərbaycan Premyer Liqasının 7-ci turunda səfərdə "Sabah"ı 2:1 hesabı ilə qalib gəldiyi oyundan şəkillər paylaşan turnirin sosial şəbəkə hesabı bu sözləri yazıb:

 

"Başqa bir həftəsonu, "Qarabağ"ın növbəti qələbəsi. 

Bu mövsüm bütün turnirlərdə ardıcıl 15 oyundur məğlub olmurlar. 10 qələbə, 5 heç-heçə".

Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasının 3-cü turunda oktyabrın 21-də  Qazaxıstan "Kayrat"ını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin