UEFA İngiltərə millisinə cəza verib

10:30 19 Oktyabr 2021

UEFA İngiltərə millisinin bir ev oyununu azarkeşsiz keçirməsinə qərar verib.

 

Sportarena.az xəbər verir ki, buna  AÇ-2020-nin İngiltərə - İtaliya finalında ingilis fanatların şüarları və artıq hərəkətləri səbəb olub. Qərara əsasən, yığmanın növbəti ev matçı azarkeşsiz keçiriləcək. İki il müddətində eyni hal təkrarlansa, yığmaya daha bir oyunluq cəza veriləcək.

 

Bundan əlavə, İngiltərə Futbol Federasiyası 100 mini avro cərimə olunub.

 

Final görüşündə İngiltərə penaltilər seriyasında uduzmuşdu.


Digər xəbərlər

Xəbər xətti