“Qəbələ” U-19 komandası bu gün Gənclər Liqasında növbəti oyununa çıxıb.
Sportarena.az xəbər verir ki, Famil Xəlilovun rəhbərlik etdiyi kollektiv “Alkmaar”ın (Niderland) qonağı olub. Klubun məşq mərkəzində keçiriləcək oyun saat 19:00-da start götürüb.
Qeyd edək ki, “Qəbələ” U-19 Azərbaycanda keçirilən ilk matçda “Alkmaar”a 0:4 hesabıyla uduzub.
Gənclər Liqası, 1-ci tur, cavab oyunu
19 oktyabr
19:00. "Alkmaar U-19" (Niderland) – "Qəbələ U-19" 7:0
Baş hakim: Dario Bel (Xorvatiya)
İlk oyun – 4:0