"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi "Kayrat" Ağdam təmsilçisi ilə Bakıdakı matça ciddi itki ilə çıxacaq.
Sportarena.az xəbər verir ki, Qazaxıstan təmsilçisinin futbolçularından Vaqner Lav görüşü buraxmalı olacaq. Bu barədə vesti.kz saytı məlumat yayıb. 37 yaşlı hücumçu topuq nahiyəsindən zədəli olduğu üçün matçda iştirak edə bilməyəcək.
Daha əvvəl "Kayrat"ın oyunçularından erməni futbolçu Kamo Ohanesyanın Bakıya gəlməyəcəyi açıqlanmışdı.
Qeyd edək ki, oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Kayrat" matçı saat 20:45-də başlayacaq.