Araz Abdullayev APOEL-ə qarşı oynadı

14:44 19 Oktyabr 2021

Kipr çempionatında 6-cı turun oyunları keçirilib.

Sportarena.az xəbər verir ki, millimizin üzvü Araz Abdullayevin çıxış etdiyi “Etnikos” səfərdə APOEL-lə qarşılaşıb. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1.

Araz da bu görüşün iştirakçısı olub. O, 65-ci dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, “Etnikos” 6 turdan sonra cəmi 1 xalla 12 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti