“Milan”dan Çempionlar Liqasında antirekord

10:58 20 Oktyabr 2021

"Milan" yeni antirekorda imzatıb. 

Sportarena.az xəbər verir ki, bu, Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Portu"ya uduzmaqla (0:1) qeydə alınıb. Beləliklə "Milan" qrup mərhələsində ardıcıl 3 oyunda məğlub olub. Komanda əvvəlki turlarda "Liverpul" (2:3) və "Atletiko"ya (1:2) uduzub. Bu da "Milan" tarixinin antirekordu hesab edilir. 

Qeyd edək ki, "Milan" 7 illik fasilədən sonra bu il yenidən Çempionlar Liqasının qrup mərhələsində oynamaq hüququ qazanıb. 


Digər xəbərlər

Xəbər xətti