"Bu oyunun favoriti "Qarabağ"dır. Çünki evdə oynayırlar və eyni zamanda Avropada böyük təcrübəyə malikdirlər. Bunlar qonaqların daha az təzyiqlə oynamalarına kömək edə biləcək eyni amillərdir".
Sportarena.az xəbər verir ki, bu sözləri "Kayrat"ın sabiq baş məşqçisi Karlos Alos Ferrer Qazaxıstan klubunun Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ"la oyunu öncəsi "bookmaker-ratings.kz" saytına açıqlamasında deyib.
"Kayrat"ın qalib gəlmək şansı var, çünki əla komandadır. Fikrimcə, "Qarabağ"ın qələbə qazanmaq ehtimalı 60 faizdir. Lakin Almatı təmsilçisinin qarşıdakı matçda lazım olan xalları toplamaq üçün hələ də yaxşı imkanları var" - deyə o bildirib.
İspan mütəxəssis "Qarabağ"ın daha çox topa sahib olduğunu vurğulayıb: "Kayrat" buna hazır olmalıdır. Kurban Berdiyevin futbolçuları öz hücumları üçün bütün imkanlardan istifadə etməyə məcbur olacaq. "Kayrat"dan müdafiədən hücuma keçərkən boşluqlardan istifadə edərək hücum etmək tələb olunur. Mən həmişə keçmiş komandalarıma azarkeşlik edirəm. Ümid edirəm ki, "Kayrat" 2:1 hesabı ilə qələbə qazanacaqlar. Ancaq bu, asan olmayacaq".
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kayrat" oyunu saat 20:45-də başlayacaq.