Konfrans Liqası: "Qarabağ" "Kayrat"ı məğlub etdi - YENİLƏNİB

22:46 21 Oktyabr 2021

Bu gün “Qarabağ” Konfrans Liqasında 3-cü turun oyununa çıxıb.


Sportarena.az xəbər verir ki, Ağdam klubu “Kayrat”ı qəbul edib. Bundan əvvəlki 2 matçda məğlub olmayan və aktivindəki 4 xalla qrupda 1-ci pillədə yer alan ağdamlılar Almatı klubu ilə görüşə də qələbə üçün çıxıb. Qazaxıstan komandası isə öz növbəsində 2 turdan sonra 1 xalla qrupun 3-cü pilləsində qərarlaşıb. Qarşılaşma Bakı vaxtilə 20:45-də start götürüb.


20:45 “Qarabağ”(Azərbaycan) - “Kayrat” (Qazaxıstan) 2:1

Tofiq Bəhramov adına Respublika stadionu, Bakı

Baş hakim: Yevgeni Aranovski (Ukrayna)


Digər xəbərlər

Xəbər xətti