“Sabah” baş məşqçisi Ramin Quliyevlə yollarını ayırıb.
Sportarena.az xəbər verir ki, mütəxəssisin təqdim etdiyi istefa ərizəsi klub rəhbərliyi tərəfindən qəbul olunub. Bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.
"Sabah" 7 turdan sonra 1 xalla Premyer Liqada turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Qeyd edək ki, Quliyev bu ilin mart ayından “Sabah”ın baş məşqçisi idi.