Azərbaycan UEFA reytinqində 2 pillə irəlilədi

11:35 22 Oktyabr 2021

UEFA Avrokuboklarda qrup mərhələsinin 3-cü turundan sonra yeni reytinq siyahısını açıqlayıb.

Sportarena.az xəbər verir ki, "Qarabağ" Konfrans Liqasının qrup mərhələsində Bakıda "Kayrat"ı məğlub etməklə (2:1) ölkəmizin aktivinə daha 0,500 xal yazdırıb. Beləliklə, 2021/22 mövsümdə Azərbaycanın xal sayı 3,375-yə, son 5 mövsümdə ümumi xal sayı isə 16.000-ə çatıb.

 

Ağdam təmsilçisinin bu qələbəsindən sonra Azərbaycan reytinqdə Polşa və Macarıstanı geridə qoyaraq iki pillə irəliləyib. Bu irəliləyiş 26-cı yerə yüksəlmək imkanı verib.

Qeyd edək ki, cədvələ 92,355 xalla İngiltərə başçılıq edir. 


Xəbər xətti