"Sabah" "Sumqayıt" önünə itkilərlə çıxacaq

08:00 23 Oktyabr 2021

"Sabah" Premyer Liqanın 8-ci turunun "Sumqayıt"la oyununa itkilərlə çıxacaq.

Sportarena.az xəbər verir ki, baş məşqçisiz qalan Masazır təmsilçisi komandanın forvardı Xulio Rodriqes cəzalı olduğuna görə oynmayacaq.

Xuan Kamara isə zədə səbəbindən komandasına kömək olmayacaq. Karama ilə yanaşı Kristian Sebalyosun da bu günki matçda oyuna çıxıb-çıxmayacağı sual altındadı. “Sumqayıt”da isə Elvin Bədəlov əməliyyat olduğundan uzun müddətə sıradan çıxıb. 

”Sabah” - “Sumqayıt” matçı bu gün saat 16:00-da “Bank Respublika Arena”da keçiriləcək. 


Xəbər xətti