Bu gün Azərbaycan Premyer Liqasında 8-ci turun oyunları start götürüb.
Sportarena.az xəbər verir ki, 2-ci dövrənin ilk oyunu Masazırda baş tutub. Belə ki, turnir cədvəlinin son pilləsində qərarlaşan “Sabah” “Sumqayıt”ı qəbul edib. Ramin Quliyevlə yollarını ayıran Masazır təmsilçisini matça İlkin Hüseynov çıxarıb.
Günün 2-ci oyunu isə “Neftçi” və “Zirə” klubları arasında keçirilib. Çempionluq uğrunda mübarizə aparan Samir Abasovun komandası “Bakcell Arena”da rəqibini qəbul edib.
16:00 “Sabah” - “Sumqayıt” 3:0
“Bank Respublika Arena”, Masazır
Baş hakim: İnqilan Məmmədov
18:15 “Neftçi” - “Zirə” 2:1
”Bakcell Arena”, Bakı
Baş hakim: Rəvan Həmzazadə
Turun digər oyunları isə sabah və 25-də keçiriləcək.