Devid Bekhem DÇ-2022-nin siması olacaq və 150 milyon qazanacaq

13:19 24 Oktyabr 2021

İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının siması olacaq.

Sportarena.az xəbər verir ki, əməkdaşlıq barədə gələn ay məlumat veriləcək. Bekhem ildə 15 milyon funt sterlinq (təxminən 18 milyon avro) qazacağı razılaşmaya müsbət cavab verib. Tərəflər arasındakı razılaşma 10 il müddətinə hesablanacaq və bu müddət ərzində Bekhem Qətər səfiri olacaq.  Bu isə o deməkdir ki, Behkem 10 ilə 150 milyon funt sterlinq qazanacaq.

 

Qeyd edək ki, dünya çempionatı gələn il 21 noyabr - 18 dekabrda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti