Milli komandamızın hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" Polşa çempionatında növbəti oyununa çıxıb
Sportarena.az xəbər verir ki, Varşava təmsilçisi 12-ci turda səfərdə "Pyats"la qarşılaşıb və 1:4 hesabı ilə uduzub. Bu komandanın ölkə çempionatında ardıcıl 4-cü məğlubiyyəti olub.
M.Emreli də sözügedən görüşdə iştirak edib. Start heyətdə meydana daxil olan millimizin üzvü 90 dəqiqə oynayıb.
Qeyd edək ki, "Legiya" 9 xalla 15-ci pillədə qərarlaşıb. Paytaxt təmsilçisinin ehtiyatda daha iki oyunu var.