Türkiyə Superliqasında 10-cu turun oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, “Fənərbaxça” doğma meydanda “Alanyaspor”la qarşılaşıb. Görüş qonaqların qələbəsi ilə başa çatıb - 2:1
Turun mərkəzi görüşü bu gün İstanbulda keçiriləcək. Son çempion “Beşiktaş” doğma meydanda “Qalatasaray”ı qəbul edəcək.
"Fənərbaxça" – "Alanyaspor" - 1:2
Qol: S.Dursun, 80 – E.Akbaba, 75. E.Bəkiroğlu, 90+3.
Turnir cədvəlinə 24 xalla "Trabzonspor" başçılıq edir. "Hatayspor" və "Alanyaspor" 20 xalla 2-ci və 3-cü yerləri bölüşürlər. "Fənərbaxça" isə 19 xalla 4-cüdür.