Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Sportarena.az xəbər verir ki, Siyasət Əsgərovun komandası “ASK Arena”da Malta millisi ilə qarşılaşıb. Görüş yığmamızın məğlubiyyəti ilə başa çatıb - 1:2.
Azərbaycan millisi seçmə mərhələdə daha əvvəl keçirdiyi üç oyunda da uduzub. Yığma Rusiyaya (0:2), Monteneqroya (0:2) və Danimarkaya (0:8) hesabıyla məğlub olub.
Dünya çempionatı, seçmə mərhələ
Azərbaycan – Malta 1:2
Qollar: Vüsalə Seyfəddinova, 90 – Dorianne Teuma, 57-pen. Emma Xuereb, 86.
Baş hakim: Reka Molnar (Macarıstan)