"Araz-Naxçıvan" Çempionlar Liqasının əsas mərhələsində mübarizəyə qoşulub.
Sportarena.az xəbər verir ki, 6-cı qrupda yer alan Azərbaycan çempionu ilk görüşünə çıxıb. Joze Alesio da Silvanın yetirmələri yerli “Uraqan”la qarşılaşıb. Komandamız 1:2 hesabı ilə uduzub.
“Araz-Naxçıvan” qrupda növbəti oyununu oktyabrın 29-da Rumıniya klubu “Yunayted Qalati”yə qarşı keçirəcək.
Çempionlar Liqası
Əsas mərhələ, 6-cı qrup
“Uraqan” (Ukrayna) – “Araz-Naxçıvan” (Azərbaycan) - 2:1
Qol: N.Şved, 9:46. A.Farenyuk, 15:04 – R.Çovdarov, 29:29.
Hakimlər: Josip Barton (Şimali Makedoniya), Dejan Veseliç (Sloveniya), Kristiano Joze Kardoso Santos (Portuqaliya)
İvano–Frankivsk.