Latviyanın paytaxtı Riqada təşkil olunan şahmat üzrə "Grand Swiss 2021" turniri davam edir.
Sportarena.az xəbər verir ki, Azərbaycan şahmatçıları Rauf Məmmədov, Nicat Abbasov, Vasif Durarbəyli və Aydın Süleymanlı ikinci görüşlərini keçiriblər. Abbasov latviyalı Nikita Meşkovsa, Məmmədov isə rusiyalı Mixail Antipova qalib gəlib.
Bu tur eyni zamanda Süleymanlı və Durarbəyli arasında Azərbaycan dueli ilə əlamətdar olub. Görüş ikincinin qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Grand Swiss" turnirinə noyabrın 8-də yekun vurulacaq.