Azərbaycan millisinin hücumçusu, Polşanın “Legiya” klubunda çıxış edən Mahir Emrelinin spirtli içki ilə görüntüləri yayımlanıb.
Sportarena.az xəbər verir ki, fotonu Arek adlı azarkeş tvitter hesabında paylaşıb. Bildirilib ki, Emreli komanda yoldaşı Abu Hanna ilə birlikdə gecə klubunda olub və foto avqust ayında çəkilib.
Qeyd edək ki, Mahir Emreli bir neçə gün əvvəl verdiyi açıqlamada müsəlman olduğunu və spirtli içki içmədiyini bildirmişdi.