Qazaxıstan çempionatında mövsümün sonuncu 26-cı turunun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, "Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsində rəqiblərindən olan “Kayrat” son turda səfərdə “Jetısu” ilə qarşılaşıb və qolsuz bərabərə qalıb
“Kayrat” bu nəticədən sonra mövsümü 51 xalla 14 komanda arasında 3-cü pillədə başa vurub.
"Tobol" isə 61 xalla Qazaxıstan çempionu, "Astana" isə 57 xalla 2-ci olub.
“Qarabağ”la “Kayrat” arasında Bakıda keçirilən ilk oyunda Ağdam klubu 2:1 hesabı ilə qalib gəlib. Bu komandalar arasında övbəti oyun noyabrın 4-də Qazaxıstanda keçiriləcək.