"Zirə" "Keşlə"yə qalib gəldi, "Qarabağ" "Neftçi"ni darmadağın etdi - YENİLƏNİB

20:35 30 Oktyabr 2021

Azərbaycan Premyer Liqasında IX tura start verilib.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib. Əvvəlcə “Zirə” “Keşlə”ni qəbul edib. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatıb.

 

Günün digər görüşündə lider “Qarabağ” doğma meydanda son çempion “Neftçi” ilə qarşılaşıb. Bu görüş Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsiylə başa çatıb.

 

Azərbaycan Premyer Liqası

IX tur

30 oktyabr

16:00. “Zirə” – “Keşlə” 2:0 

Qol: Loris Broqno, 17, Ağabala Ramazanov, 42
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Kamal Umudlu.
Zirə İdman Kompleksinin stadionu

 

18:30. “Qarabağ” – “Neftçi” 4:0 

Qol: Filip Ozobiç, 10, 23, Abdullah Zubir, 14, Marko Veşoviç, 90+2

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Vüqar Həsənli.
Bakı. “Azərsun Arena”


Digər xəbərlər

Xəbər xətti