Almaniya II Bundesliqasında XII turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” səfərdə “Hannover”lə 1:1 hesablı heç-heçə edib.
Nazarov da bu matçın iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 78-ci dəqiqədə əvəzlənib. Auelilərin yeganə qolunu da 45+1-ci dəqiqədə Nazarov vurub. Bu, onun mövsümdəki ilk qoludu.
12 oyuna cəmi 8 xal toplamış “Ersgebirge” 18 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.