Boks üzrə dünya çempionatı: Mirşərif Kazımzadə qalib gəldi, Malik Həsənov uduzdu

Sportarena.az      31 Oktyabr 2021 , 17:24

Belqradda boks üzrə dünya çempionatı davam edir.

Sportarena.az xəbər verir ki, mundialın altıncı günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.

 

Boksçumuz Mirşərif Kazımzadə (75 kq) 1/16 finalda Soma Mesterlə (Macarıstan) gücünü yoxlayıb. Görüş təmsilçimizin qələbəsi ilə başa çatıb – 5:0 (30:26, 30:27, 30:26, 30:27, 30:27). O, növbəti qarşılaşmasına noyabrın 1-də çıxacaq. Kazımzadə özbəkistanlı Səidcəmşid Cəfərovla üz-üzə gələcək.

İlk döyüşündə Xuan Reyes Donisə (Qvatemala) qalib gələn Malik Həsənov (63,5) ikinci görüşündə Ovannes Baçkovla (Ermənistan) üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə başa çatıb.

Mundialın yeddinci günündə 4 boksçumuz 1/8 final görüşünə çıxacaq. Tayfur Əliyev (60 kq) Arslan Xatayevlə (Finlandiya), Sərxan Əliyev (71 kq) Yuta Akiyama (Yaponiya) ilə, Alfonso Dominqes (86 kq) Pol Aradoae (Rumıniya) ilə və Məhəmməd Abdullayev (+92 kq) Vladan Babiçlə (Serbiya) qüvvəsini sınayacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin