"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində sonuncu oyununu keçirib.
Sportarena.az xəbər verir ki B yolunda yer alan və qrupdan çıxmaq şanslarını itirən Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda üçüncü matçda Kosovo "Ligeni"si ilə üz-üzə gəlib. Görüş 6:6 hesabı ilə başa çatıb.
31 oktyabr
16:00. "Ligeni" (Kosovo) - "Araz-Naxçıvan" (Azərbaycan) - 6:6
Qollar: Şkipeon Brahimi, 13, 34, Anton Uka, 19, Arber Şkodra, 26, Xorxe Stiven Abril Qarsiya, 36, Yulian Diaz, 40- İsa Atayev, 7; 25, Felipinyo, 10, Maneka,10, Ramiz Çovdarov, 12, David Qustavo, 23
Qeyd edək ki, bu qrupun digər matçında növbəti mərhələyə vəsiqəni təmin etmiş "Uraqan" "Yunayted Qalati" ilə qarşılaşacaq.