Milli komandamızın hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" Polşa çempionatında növbəti oyununa çıxıb
Sportarena.az xəbər verir ki, Varşava təmsilçisi 13-cü turda doğma meydanda "Poqon"la qarşılaşıb və 0:2 hesabı ilə uduzub. Bu, komandanın ölkə çempionatında ardıcıl 5-ci məğlubiyyəti olub.
M.Emreli də sözügedən görüşdə iştirak edib. Start heyətdə meydana daxil olan millimizin üzvü 61-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Legiya" 9 xalla 16-cı pillədə qərarlaşıb. Paytaxt təmsilçisinin ehtiyatda daha iki oyunu var.