İngiltərənin "Tottenhem" klubu baş məşqçisi ilə yollarını ayırıb.
Sportarena.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb. Baş məşqçi Nuno Espirito Santo, onun köməlçiləri Yan Katro, Rui Barbosa və Antonio Dias vəzifələrindən azad ediliblər.
Qeyd edək ki, Santo bu ilin yayından paytaxt klubunu çalışdırırdı. “Tottenhem” 10 turdan sonra Premyer Liqada 15 xalla 8-ci pillədə qərarlaşır.