Bu gün Azərbaycan Cüdo Federasiyasında növbədənkənar seçkisi keçirilib.
Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən seçkidə Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Cüdo Federasiyasının yeni prezidenti seçilib.
Qeyd edək ki, nazir bu vəzifədə Rövnəq Abdullayevi əvəz edib. R.Abdullayev 2015-ci ildən federasiyaya rəhbərlik edirdi.