FİFA İntizam Komitəsi AFFA-nı cərimələyib.
Sportarena.az xəbər verir ki, buna səbəb Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya ilə oyunu zamanı təhlükəsizlik qaydalarının pozulması olub. Meydana azarkeşlərin daxil olmasına görə milli assosiasiya 5 000 İsveçrə frankı məbləğində cərimələnib.
Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçirilən matçın sonlarına yaxın 4 nəfər azarkeş meydana girərək, Portuqaliya yığmasının yarımmüdafiəçisi Brunu Fernandeşlə şəkil çəkdiriblər.