Sadıq Sadıqov Cüdo Federasiyasındakı postunu itirdi

09:04 2 Noyabr 2021

Azərbaycan Cüdo Federasiyasının (ACF) rəhbərliyində dəyişiklik olub. Sportarena.az xəbər verir ki, ACF-nin Hesabat-Seçki Konfransında yeni prezidentlə yanaşı, yeni vitse-prezidentlər və İcraiyyə Komitəsi müəyyənləşib. 
 
Qurumun vitse-prezidenti, “Neftçi” İdman Klubunun rəhbəri Sadıq Sadıqov və Mikayıl İsmayılov vitse-prezident postundan çıxarılıb. Onların yerinə federasiyada analoji vəzifəni bundan sonra Rövşən Rüstəmov tutacaq. Olimpiya çempionu Elnur Məmmədli isə vitse-prezident kimi işini davam etdirəcək.  
 
Səsvermənin nəticəsinə əsasən Ağayar Axundzadə, Raqif Abbasov, Asif Əsgərov, Nazim Hüseynov, Azər Əsgərov və kişi millimizin sabiq baş məşqçisi Elxan Məmmədov İcraiyyə Komitəsinin üzvləri seçilib.
 
Qeyd edək ki, keçirilən konfransda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ACF-nin prezidenti seçilib. O, bu postda Rövnəq Abdullayevi əvəzləyib.


Digər xəbərlər

Xəbər xətti