Futbolçu infarkt keçirdi, matç yarımçıq dayandırıldı

17:36 2 Noyabr 2021

Norveç 2-ci liqasında 27-ci turun “Soqndal” – “Styordals Blink” matçında xoşagəlməz hadisə yaşanıb.

 

Sportarena.az xəbər verir ki, “Soqndal” komandasının futbolçusu Emil Palsson 12-ci dəqiqədə gözlənilmədən yerə yıxılıb.

 

İslandiyalı yarımmüdafiəçi infarkt keçirib. Həkimlərin ilkin müdaxiləsindən sonra Palsson xəstəxanaya aparılıb.

 

“Soqndal” – “Styordals Blink” matçı yarımçıq dayandırılıb.


Digər xəbərlər

Xəbər xətti