UEFA sorğu keçirir: "Qarabağ" favoritdir

19:09 2 Noyabr 2021

UEFA Konfrans Liqasının 4-cü turu çərçivəsində keçiriləcək "Kayrat" - "Qarabağ" oyunu ilə sorğu keçirir. 

Qurumun rəsmi saytında izləyicilərə "Kayrat" - "Qarabağ": kim qalib gələcək?" sualı ünvanlanıb.

Bu dəqiqələrdə proqnoz bildirənlərin 77 faizi təmsilçimizi favorit görür. Almatı komandasının qələbəsinə 17 faiz şəxs inanır. Sorğuda iştirak edənlərin 6 faizi isə görüşün heç-heçə nəticələnəcəyini düşünür. 

Qeyd edək ki, noyabrın 4-də Almatı şəhərindəki "Ortalık" stadionunda keçiriləcək "Kayrat" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.  


Digər xəbərlər

Xəbər xətti